"Beşiktaş"ın qapıçısı Mert Günok zədələnib. Milli qolkiperin ən azı iki vacib oyunu buraxacağı gözlənilir.
Sherg.az xəbər verir ki, Mert Günok "Konyaspor" matçında seyv etdikdən sonra zədələnib.
Təcrübəli qapıçının sol çiynində vətər zədəsi aşkarlanıb.
Günok cümə axşamı oynanılacaq "Lyon" derbisində və bazar ertəsi oynanılacaq "Qalatasaray" derbisində oynaya bilməyəcək.
Milli qolkiper bu mövsüm 12 matçda ilk 11-də "Beşiktaş"ın qapısını qoruyub.