Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardinin müqaviləsi dondurula bilər.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, ciddi zədə səbəbindən mövsümü erkən başa vuran argentinalı hücumçunun Türkiyə çempionatında legioner limiti tələbini qarşılamaq üçün müqaviləsində dəyişiklik edilməsi gözlənilir.
İstanbul təmsilçisinin rəhbərliyi qış "transfer pəncərəsi"ndə heyətə yeni hücumçu qatmağı planlaşdırır.
Qeyd edək ki, M.İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Tottenhem"ə qarşı (3:2) matçında çarpaz bağlarından zədə alıb.