
Türkiyədən kömək istəyən Tuska Ərdoğanın "şərti"... -ANALİZ
13:14 14.03.2025
Dünya
561
"ABŞ prezidenti Donald Trampın Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün seçkiqabağı verdiyi vədlərə uyğun başlatdığı danışıqlar prosesinin ilkin mərhələdə Ağ Evdə Ukrayna tərəfindən ləngidilməsi kimi təqdim edildi. Sonradan Ər-Riyadda gedən ABŞ - Ukrayna danışıqlarından əldə edilən razılaşmanı Rusiya qəbul etməməklə ilk növbədə Tramp administrasiyasını gülünc vəziyyətə saldı".
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
V. Dadaşov hesab edir ki, az qala Rusiyanın vəkili kimi, çıxış edən Donald Tramp Ukrayna-Rusiya arasında atəşkəsi əldə etmək üçün bütün müttəfiqləri ilə üz-üzə gəldiyi halda, Putinin hərbi formasından aldığı reaksiya ilə özünün yox ABŞ - ın imicini yerə çırpdı:

”Bəlli idi ki, Putinin atəşkəs üçün irəli sürdüyü şərtlərin qəbulu mümkünsüzdür. Bəs sual olunur ki, onda, nəticə Donald Trampa bəlli olduğu halda niyə Ukraynanı sıxır, Zelenskiyə təzyiq edirdi?
Əgər prosesi Tramp Rusiya əlaqələri barədə söylənən fikirlərdən yana analiz etsək qənaət budur ki, Trampın Ukrayna ilə bağlı gedişləri sırf ABŞ üçün qazanc və mənfəət prinsipləri əsas olub. Yəni, Tramp Zelenskini ABŞ dəstəyini dayandırmaq hədəsi, şantajı ilə Ukraynanın təbii ehtiyatlarını ələ keçirmək niyyətindədir.
Donald Tramp ABŞ-ı siyasi idealoji prinsiplə deyil, iqtisadi mənfəət anlayışı ilə idarə etməyə çalışır. Donald Trampın gedişlərinun guya Rusiya-Çin birliyini dağıtmağa hesablandığı fikirlər də özünü doğrultmur. Belə ki, Rusiya, Çin, İran arlarında hərbi əlaqələrini gücləndirməkdə davam edir.
Donald Trampı Avropadakı müttəfiqləri maraqlandırmır. Makron Parisdə 30 dan çox dövləti hərbi ittifaqda bağlamağa çalışır. Ancaq görünür ki, uğursuzdur. Avropa isə özünün Rusiyadan xilası üçün Türkiyəyə sığınır. Belə olmasaydı, Avropa Polşanın Baş naziri Donald Tusku Ərdoğanla elçi göndərib kömək istəməzdi. Tusk:"Prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir"- deyə bildirib. Türkiyə prezidenti Ərdoğan isə "Türkiyə və Polşa NATO-nun şərq və cənub cinahlarında yerləşir və Avropada ən böyük NATO quru ordularına malikdir. Onun sözlərinə görə, iki ölkə Avropanın təhlükəsizliyinin gələcəyində əvəzolunmazdır. Avropa İttifaqı öz gücünü saxlamaq istəyirsə, Türkiyəyə tamhüquqlu üzvlük verməlidir"- deyə bir növü belə bir şərt irəli sürüb”.
Siyasi şərhçinin fikrincə Tusk Türkiyənin Avropa kursunu dəstəklədiyini bildirsə də, Türkiyənin Avropa İttifaqı üzvlüyü çox çətin məsələdir:
“ Avropa ən son anda özlüyündə Türk-müsəlman hökmranlığındansa Rusiya-xristian təsirini qəbul etməyi üstün sayar. Baxmayaraq ki, Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır,dağılma ehtimalı da artmaqdadır. Ancaq, Türkiyənin Avropa İttifaqına tam üzvlük istəyi qəbul edilməsə də, Ankara Avropanın və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Bu Türkiyənin bütün Avropaya təsir imkanlarını genişləndirmək və hətta Osmanlı dövrünün nüfuzunu bərpa etmək üçün əlverişli siyasi fürsətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı