UEFA "Real Madrid"in 4 futbolçusu ilə bağlı araşdırmaya başlayıb.
Sherg.az xəbər verir ki, UEFA martın 12-də "Atletiko Madrid"lə Çempionlar Liqasının son 16-cı turunun cavab oyunundan sonra azarkeşlərə qarşı nalayiq davranışlarına görə "Real Madrid"in futbolçuları Rüdiger, Mbappe, Seballos və Vinisius haqqında araşdırma başlatdığını açıqlayıb.

Qeyd edək ki, "Real Madrid" futbolçuları "Atletiko Madrid"i penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldikdən sonra rəqiblərinin azarkeşləri qarşısında bayram edib.