Dries Mertens ikinci dəfə ata olur: Bu dəfə qız gəlir

Ailələrini böyüdürlər. "Qalatasaray"ın ulduz futbolçusu Dries Mertens və həyat yoldaşı Katrin Kerkhofsdan sevindirici xəbər gəlib. Oğulları Cirodan sonra bu dəfə qız övladı gözləyirlər.
Sherg.az xəbər verir ki, "Qalatasaray" azarkeşlərinin sevimlisinə çevrilmiş Belçikalı futbolçu Dries Mertens şəxsi həyatında da xoşbəxtlik yaşayır. 2015-ci ildə evləndiyi Belçikalı televiziya aparıcısı Katrin Kerkhofs ilə münasibətləri tez-tez gündəmə gələn cütlük ikinci körpələrinin həyəcanını yaşayır. İlk övladları Ciro Romeodan sonra bu dəfə ailələrinə bir qız uşağı qatılacaq.
Cütlüyə yaxın mənbələrdən əldə olunan məlumatlara görə, Kerkhofsun hamiləliyi problemsiz davam edir. Qız övlad xəbərlərini yaxınları ilə bölüşən cütlüyün sevinci gözlərindən oxunur.
Sosial mediada paylaşdıqları səmimi ailə fotoları ilə tez-tez gündəmə gələn Mertens cütlüyü bu gözəl xəbəri də izləyiciləri ilə paylaşmağa hazırlaşır. Xüsusilə balaca Cironun böyük qardaş olmaq həyəcanı hər kəs tərəfindən maraqla qarşılanır.
Komanda yoldaşları və azarkeşlər tərəfindən təbrik mesajları alan Mertensin sevincini paylaşanlar arasında "Qalatasaray" camiəsi də yer alıb.