İtaliya çempionu C Seriyasına yuvarlandı

İtaliyanın adlı-sanlı klublarından sayılan “Sampdoriya” C Seriyasına düşüb.

Teleqraf xəbər verir ki, B Seriyasının 34-cü turunun təxirə salınmış matçında “Sampdoriya” “Yuve Stabiya" ilə 0:0 bərabərə qalıb və tarixdə ilk dəfə C seriyasına yuvarlanıb.

Genuya şəhərinin təmsilçisi böyük keçmişə malikdir. Komanda 1990/1991 mövsümündə İtaliya çempionu olub.

Klub 1984/1985, 1987/1988, 1988/1989, 1993/1994 mövsümlərində ölkə kubokunun, həmçinin 1991-ci ildə İtaliya Superkubokunun qalibidir. “Sampdoriya” 2007-ci ildə İntertoto Kubokunu da qazanıb.