Rafinyanın "Barselona"dakı taleyi bəlli oldu

"Barselona" klubu braziliyalı yarımmüdafiəçi Rafinya ilə müqaviləni 2028-ci ilin iyununa qədər uzatmaq barədə razılığa gəlib.

Oxu.Az xəbər verir ki, məlumat məşhur jurnalist Fabrizio Romano tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

28 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər etibarlıdır, lakin tərəflər əməkdaşlığı uzatmaq qərarına gəliblər.

Qeyd edək ki, Rafinya "Barselona"da 2022-ci ilin yazından çıxış edir. 2023/24 mövsümündə braziliyalı futbolçu bütün turnirlərdə 56 oyunda iştirak edib, 34 qol vurub və 25 qol ötürməsi ilə yadda qalıb.

"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 80 milyon avro təşkil edir.