Azərbaycan millisi Santuşla 8-ci məğlubiyyətini aldı

Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv evdə Macarıstan yığması ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Belaruslu referi Viktor Şimusikin idarə etdiyi matçda hesabı 5-ci dəqiqədə macarların hücumçusu Barnabaş Varqa açıb.

3 dəqiqə sonra Azərbaycan millisinin futbolçusu Renat Dadaşov hesabı bərabərləşdirib.

Qarşılaşmada son nöqtəni 33-cü dəqiqədə İngiltərənin "Liverpul" klubunda çıxış edən Dominik Soboslai qoyub.

Bununla da, Azərbaycan millisinin qələbəsizlik seriyası 10-a çatıb.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 7-də səfərdə Latviya seçməsi ilə qolsuz heç-heçəyə razılaşıb.