Avropa Liqası: "Sabah"ın oyununa satılan bilet sayı artdı

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Tsele" komandası ilə keçirəcəyi oyuna indiyədək 6 000 bilet satılıb.

Bu barədə Teleqraf-a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, matçın startına qədər rəqəmlərin artacağı gözlənilir.

Qeyd edək ki, “Sabah” – “Tsele” matçı bu gün saat 20:00-da Əlincə stadionunda (“Bank Respublika Arena”) baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Stadionun ümumi tamaşaçı tutumu 13 000-dir.