Ağır atletimiz medal ala bilməsə də, Avropa rekordunu yenilədi
19:31 21.10.2019
İdman
496
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Ağır Atletika Federasiyasından verilən məlumata görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.
Oktyabrın 21-də təmsilçimiz Rüstəm Qasımov körpücük üzərinə çıxıb. O, yaşı 20-dək olan gənc atletlərin 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. On yeddi yaşlı idmançımız toplam 274 kiloqram (123+151) nəticə ilə doqquzuncu yeri tutub.
R.Qasımov gənclər arasında keçirilən yarışda iştirak etsə də, qaldırdığı çəkilər yeniyetmələr arasında Avropa rekordu kimi qeydə alınıb. Atletimizin birdən qaldırma hərəkətində ram etdiyi 123 kiloqram çəki yeniyetmələrin yeni Avropa rekordudur. Bununla yanaşı, R.Qasımov təkanla qaldırmada 151 kiloqramın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yenitemələr rekordu olan 150 kiloqramlıq nəticənin yenilənməsi deməkdir. Eyni zamanda, təmsilçimiz toplamda göstərdiyi 274 kiloqramlıq nəticə də Avropa rekordu olan 270 kiloqramın yenilənməsi demək olub. Təkanla qaldırma və toplamda qeydə alınan rekordlar, həmçinin bugünkü yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə