Ayxan Abbasov: "Günahkar özüməm"
Yusif Nəzərli
18:30 15.12.2021
İdman
645
"Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur".
"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Qol epizoduna gəlirik, dəyərləndirə bilmirik. Günahlar axtarmağa gərək yoxdur. Günahkar özüməm. Futbolçulara bel bağladıq, güvəndik, o formada olmadılar. Belə duruma gəlib çıxmağın səbəblərindən biri budur. Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik".
Onun sözlərinə görə, futbolçu uğur qazanmaqdan doymamalıdır: "3-cü yer tutmaqla doyursa, gələcəkdə çətinlik çəkəcək. Yayda düzgün qərar qəbul etmişdik. Futbolçuların fikri başqa yerdə ola bilər, formada olmaya bilərlər. Bunlar qaçılmazdır. Bu gün "Keşlə"nin futbolçuları bizdən istəkli idi. Epizodlara girə bilməməyimiz futbolçulara bəlkə də təsir edir. Hər şey ola bilər".
Abbasov futbolçuların mövsümün ikinci yarısına hazır olmaları üçün təlim-məşq toplanışı və sparrinq-rəqiblərin önəmli olduğunu söyləyib: "Burada və ya xaricdə olsa, səmərəli toplanış keçirməliyik. Əcnəbi komandalarla görüşmək stimuldur. Bəzi fikirlərim var, rəhbərliklə danışacağam. Seçimimiz çox deyil. Çünki "Keşlə" legioner göndərib legioner ala bilir. Bizdə isə belə imkan yoxdur".
Baş məşqçi bütün komandaların çempionluğa oynamasının mümkünsüz olduğunu vurğulayıb: "Qonşu ölkələrin çempionatlarında da hamı eyni büdcədə deyil. Hər şey büdcə və puldan asılı olmur. Sanki komandalar da öz oyunçularını buraxmaq istəmir. Amma yenə də dayanmaq olmaz. Ümid edək ki, nə zamansa "Sumqayıt" iddialılar sırasında olar. İndi isə təslim olmaq düzgün çıxmaz".
Mütəxəssis "Sumqayıt"a baş məşqçi təyin olunduqdan sonra akademiya yetirmələrinə fikir verdiyini deyib: "Məşqlərə yeni futbolçular cəlb etmişik. Amma bu gün elə futbolçu yoxdur ki, biz onlara güvənək. Bir neçə oyunçunun üzə çıxacağına ümid edirik. Hələlik isə o yükü üzərinə götürə bilmirlər. "Keşlə"də ilk qolu vuran limit futbolçusu idi. Bu gün böyük narazılıq etmək səhv olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət