Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
19:27 20.07.2025
İdman
343
Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə yekun vurulub.
Sherg.az xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə millimizin bir neçə üzvü mübarizə aparıb.
Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib – 1:9.
63 kq
Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
67 kq
Fərid Xəlilov koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
77 kq
Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.
82 kq
Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmadı və yarışdan çəkildi.
97 kq
Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.
Onun çəki yoldaşı Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya