Azərbaycan Qran-prisinin qalibi: "Həqiqətən də, xoş gündür"

"Bu gün bolidimizdə inanılmaz temp var idi".

"Report"un məlumatına görə, Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" komandasının pilotu Maks Ferstappen deyib.

25 yaşlı sürücü avtomobilin balansından çox razı qaldığını söyləyib. "Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.