Bu gün derbidir: "Qalatasaray" - "Fənərbağça" üz-üzə gələcək
05:43 21.11.2021
İdman
466
Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.
"Report"un məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılacaq prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edəcək. "NEF Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.
İki kollektiv indiyədək Superliqada 128 dəfə üz-üzə gəlib. Bunların 35-də meydan sahibləri, 50-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də "sarı-lacivərdlilər"in aşkar üstünlüyü var - 158:123.
Derbi öncəsi "Qalatasaray"ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.
Qeyd edək ki, hazırda "Qalatasaray" 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan "Fənərbağça" isə 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya