Çingiz Əlləzov “One Championship” Dünya Qran Prisinin finalına çıxdı


Azərbaycan əsilli Belarus kikboksçusu Çingiz Əlləzov Sinqapurda keçirilən “One Championship” Dünya Qran Prisi yarışının finalına vəsiqə qazanıb.

O, turnirin yarımfinalında erməni Marat Qriqoryanın COVID-ə yoluxmasından sonra onu əvəz edən taylandlı döyüşçü Co Nattavutu məğlub edib.

"Çinqa" ləqəbi həmyerlimiz artıq birinci raundun ikinci dəqiqəsində həmkarını nokaut edib.

Digər yarımfinalda da qalib müəyyənləşib. Gürcüstanlı Davit Kiria ilə döyüşü tam olaraq başa vuran daha bir taylandlı Sittiçay Sitsonqpinonq hakimlərin yekdil qərarı ilə qalib elan edilib.

Beləliklə, Çingiz yüngül çəkidə çempion adı uğrunda məhz sonuncu ilə döyüşəcək.

Mənbə: sportpanorama.by