
Devid Bekhem aparıcı olur! - Proqramına dünya şöhrətli adlar qonaq olacaq
12:30 22.04.2025
İdman
516
Əfsanəvi futbolçu Devid Bekhem karyerasında bir ilkə imza atır. O, məşhur simaların qonaq olacağı bir tok-şou proqramında aparıcılıq edəcək.
Sherg.az xəbər verir ki, 1990-cı illərə damğasını vurmuş Spice Girls qrupunun üzvü Viktoriya Bekhem ilə evli olan 49 yaşlı sabiq futbolçu Devid Bekhem, yeni proqramını təqdim edir.
Bekhem, "Beckham and Friends" adlı söhbət proqramını sosial media hesabında elan edib. O, proqramında Almaniyadakı finaldan əvvəl “Milan” – “Barselona” və “PSJ” – “Arsenal” yarımfinal qarşılaşmalarını məşhur qonaqlarla birlikdə müzakirə edəcək.

Bekhemin qonaqları arasında Tom Kruz, Qordon Remzi və Rayan Reynolds kimi tanınmış adların olacağı bildirilir.
Bekhem Instagram hesabında proqramın çəkiliş meydanından görüntülər paylaşıb. O, 47 yaşlı Tyerri Anri ilə müsahibə anlarını izləyicilərlə bölüşüb.
Sabiq futbolçu paylaşımında belə deyib:
"Yeni Çempionlar Liqası proqramım “Beckham and Friends Live” üçün studiyama yeni gəldim və etiraf etməliyəm ki, hər şey çox gözəl görünür. Bu, çox həyəcanvericidir!"
Qeyd edək ki, Devid Bekhemin 2023-cü ildə yayımlanan Netflix sənədli filmi "Beckham", böyük əks-səda doğurmuşdu. 5 Emmy mükafatına namizəd olan film, ilk həftəsində 3,8 milyon izləyici ilə rekord qırmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol