Dünya çempionatında ilk dəfə qadın hakim fit çalacaq

FİFA 2022-ci il dünya çempionatının E qrupunda keçiriləcək Kosta Rika - Almaniya matçını fransalı hakim Stefani Frappartın idarə edəcəyini açıqlayıb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, bu, dünya çempionatında ilk dəfə qadın hakimin fit çalması deməkdir.
FİFA E qrupunda dekabrın 1-i, cümə axşamı keçiriləcək oyunları idarə edəcək hakimləri açıqlayıb.
Məlumata görə, Əl-Beyt stadionunda CEST saat 22:00-da başlayacaq Kosta Rika - Almaniya matçını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Qadın hakimlər Neuza Back və Karen Diaz Frappartın köməkçiləri olacaq.

Turan