ƏHD Partiyası dünya çempionlarını təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası minifutbol üzrə Azərbaycan millisinin üzvlərini təbrik edib.
"Sherg.az"ın xəbərinə görə, təbrikdə deyilir: 
"ƏHD Partiyası minifutbol üzrə dünya çempionu olmuş komandamızın üzvlərini və bütün futbolsevərləri bu böyük qələbə münasibətilə təbrik edir, çempionatın yüksək səviyyədə təşkilində xidməti olan hər kəsə minnətdarlığını bildirir".

ƏHD Partiyası mətbuat xidməti