Ermənistan futbolunda danışılmış oyun aşkarlandı
18:23 04.11.2019
İdman
510
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin səviyyəcə ikinci liqasında çıxış edən komandaların matçında oyun alqı-satqısı aşkarlayıb.
Report xəbər verir ki, "Masis" klubunun nümayəndəsi və oyunçulardan biri rüşvət müqabilində sentyabrın 6-da keçirilmiş "Torpedo İrəvan" ilə görüşün nəticəsini bilərəkdən rəqibin xeyrinə təyin ediblər.
Ölkə kuboku matçında bir neçə insanın etdiyi mərc nəticəsində bukmeyker şirkətinə ciddi ziyan dəyib, ancaq dəyən ziyanın məbləği açıqlanmayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində faktla bağlı cinayət işi açılıb. Klub üzvləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində axtarış qərarı çıxarılıb. Məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasına və UEFA-ya məlumat veriləcək.
İlkin istintaq davam edir.
Qeyd edək ki, qarşılaşma "Torpedo İrəvan"ın 3:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm