“Fənərbaxça” səfərdə "Qalatasaray"a qalib gəlib
18:08 21.11.2021
İdman
373
Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, günün son matçında möhtəşəm derbi baş tutub.
Əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” birincilərin meydanında üz-üzə gəlib. İstanbul nəhənglərinin mövsümə qeyri-stabil başlaması və turnir cədvəlində qonşu olması 394-cü duelin əhəmiyyətini daha da artırırdı.
“Nef” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüşün birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Kerem Aktürkoğlu 16-cı dəqiqədə “cim-bom”u önə keçirib. Lakin 31-ci dəqiqədə Mesut Özil status-kvonu bərpa edib. 83-cü dəqiqədə “Fənərbaxça” azlıqda qalıb. Müdafiəçi Marsel Tisserand ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin Fatih Terimin yetirmələri say üstünlüyündən yararlana bilməyib. Əksinə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu sayəsində səfərdə 2:1 hesablı qələbə qazanıb.
İkinci qoldan sonra baş hakimə kəskin etiraza görə, ev sahiblərinin baş məşqçisi Fatih Terim qırmızı vərəqə alaraq, texniki zonadan qovulub.
İstanbul derbisi tarixində 147-ci qələbəsini qazanan “Fənərbaxça” qələbə həsrətinə son qoyub. Komanda 2017-ci ilin aprelindən – yəni 4 il 7 aylıq fasilədən sonra ilk qalibiyyətinə sevinib. Buna qədər baş tutan son 8 oyunun 2-də “aslan” qalib gəlmiş, 6 heç-heçə qeydə alınmışdı.
Qeyd edək ki, hazırda “Fənərbaxça” 23 xalla turnir cədvəlinin 5-ci, “Qalatasaray” isə 21 xalla 8-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya