Firdovsi Umudov:“Potensiallı voleybolçuları aşkar etmək, onların yarışlarda uğurlu çıxışına nail olmaq istəyirik”
Firdovsi Umudov:“Potensiallı voleybolçuları aşkar etmək, onların yarışlarda uğurlu çıxışına nail olmaq istəyirik”
Yusif Nəzərli
08:35 03.03.2022
İdman
640
Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2006-2007-ci il təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində “Sərhədçi” komandası uğurla çıxış edərək ikinci yeri tutub.
"Sherg.az" xəbər verir ki, “Sərhədçi” klubunun prezidenti Firdovsi Umudov AZƏRTAC-a açıqlamasında komandanın nəticələrindən razı qaldığını bildirib. O, qeyd edib ki, yeniyetmə voleybolçuların gələcəkdə daha böyük nailiyyətlər əldə etmələri üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb: “Potensiallı voleybolçuları aşkar etmək, onların yüksək səviyyədə hazırlığını təmin etmək, ölkədaxili yarışlarda uğurla çıxış etmələrinə nail olmaq istəyirik. Əsas məqsədimiz budur ki, voleybolçularımız beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etsinlər, Azərbaycan Respublikasının Dövlət Himnini beynəlxalq arenalarda səsləndirib, bayrağımızı yüksəklərdə dalğalandırsınlar”.
Klubun prezidenti ümummilli lider Heydər Əliyevin idman siyasətini uğurla davam etdirən ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Olimpiya hərəkatı və idmanın inkişafının geniş vüsət aldığını, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın idmanın inkişafına böyük diqqət yetirdiyini vurğulayan klub rəsmisi ölkəmizdə Olimpiya hərəkatı və idmanın inkişafının məhz uğurlu dövlət siyasəti sayəsində mümkün olduğunu qeyd edib: “Bu gün hər bir Azərbaycan vətəndaşı respublikamızın daha böyük qələbələr əldə etməsi üçün səylə çalışır. İnanıram ki, idmanın inkişafı sahəsində daha parlaq nailiyyətlərə imza atacağıq”.
Firdovsi Umudov kluba göstərdikləri diqqət və dəstəyə görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə, eləcə də federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, 2006-2007-ci il təvəllüdlü qızlar arasında keçirilən Bakı birinciliyində birinci yeri “Abşeron”, üçüncü yeri isə “Xətai” komandaları tutublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət