Gənc cüdoçularımız Praqada üç medal qazanıblar
22:39 17.07.2021
İdman
432
Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə daha bir cüdoçumuz medal qazanıb. Belə ki, qızlar arasında mübarizə aparan Nərmin Əmirli (+78 kq) üçüncü yer uğrunda çexiyalı Marketain Cerçilovanı məğlub edərək bürünc medala layiq görülüb.
Bununla da gənclərdən ibarət cüdo komandamızın turnirdə əldə etdiyi medalların sayı 3-ə çatıb.
Qeyd edək ki, oğlanların yarışında iki idmançımız - Qasım Vəlizadə (60 kq) və Rəşad Quluzadə (66 kq) gümüş medal qazanıblar.
Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparır. Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb.
Yarışa bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya
Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
16:57 02.07.2026
Gündəm
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
16:43 02.07.2026
Gündəm
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
16:03 02.07.2026
Hadisə
Moskva vilayətində dron təhlükəsi elan edilib
16:02 02.07.2026
Dünya
Ursula fon der Lyayen NATO sammitində iştirak edəcək
15:24 02.07.2026
Gündəm