Güləş üzrə Azərbaycan millisinin reytinq turnirində çıxış edəcək heyəti açıqlanıb
Yusif Nəzərli
08:50 25.05.2023
İdman
569
Güləş üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) “Report”a verilən məlumata görə, iyunun 1-dən 4-dək baş tutacaq yarışda yığmanın 11 idmançısı mübarizə aparacaq.
“Bişkek Arena”da iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edəcəklər.
Növbəti iki gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışa qoşulacaq. Turnirin son günündə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə 16:00-da start veriləcək.
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region