Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı
17:53 14.10.2019
İdman
619
UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı bəlli olub.
TASS xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.
Nurməhəmmədov sonuncu dəfə sentyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək çempion titulunu qorumuşdu.
“Çox güman ki, Toni Ferqyuson növbəti rəqibim olacaq, çünki başqası yoxdur. O, buna layiqdir. Biz mübarizə aparmalıyıq, ondan sonra kanadalı Georges Seynt-Pyerr ilə vuruşa bilərəm. Ancaq çəki artımına getməyəcəyəm. Öz çəkimdə qalmaq, titulumu qorumaq, indiyə qədər yüngül çəkidə ən yaxşı döyüşçülərdən biri olmaq istəyirəm”, - deyə rusiyalı döyüşçü bildirib.
Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə