"Keşlə"nin baş məşqçisi: "Qış fasiləsində islahatlar olacaq"
Yusif Nəzərli
17:50 15.12.2021
İdman
874
"Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki son sıralarda getmək istəmirdik. Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq".
"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində islahatlar olacaq: "Bunu son tura saxlamışdıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolları ayırmaq fikrindəyik. Müqaviləsi bitən oyunçular var".
Baş məşqçinin sözlərinə görə, klub 3 futbolçu ilə yolları ayırma astanasındadır: "Anatol Abanqla bağlı istəmədən qırmızı vərəqə olayları oldu. Onun məvacibi də yüksək idi. Buna görə yollarımız ayrılacaq. Nicat Qurbanov və Con Kamara ilə isə müqavilə pozulacaq".
Qurbanov "Neftçi"dən icarəyə götürdükləri Rəhman Hacıyevin "Keşlə" üçün vacib oyunçu olduğunu söyləyib: "Onun komandada qalmasına çalışırıq, buraxmaq istəmirik. Məğlubiyyətlərdən sonra sarsılmışdı. Bunu daxildə həll etmək istəyirdik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə