"Liverpul" və "Çelsi"nin sabiq futbolçusu vəfat edib

"Liverpul"un və "Çelsi"nin sabiq futbolçusu Coi Cons dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, keçmiş müdafiəçi 70 yaşında vəfat edib.

“Qırmızılar”la avrokubok və UEFA kubokunu qazanan Coi Cons 1975-78-ci illərdə “Liverpul”un heyətində 100 oyun keçirib.