Millimizdə qalmaqal: Baş məşqçi qapıçını niyə qovub?
08:15 07.04.2025
İdman
336
Tanınmış qapıçı Rövşən Hüseynlinin futzal üzrə Azərbaycan millisindən kənarlaşdırılmasının təfərrüatı məlum olub.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper yığmanın təlim-məşq toplanışında olduğu "Liv Bona Dea Arena"da qalmaq istəməyib.
O, məşqlərə evdən gəlib-getmək niyyətində olduğunu bildirib. Lakin baş məşqçi Vitali Borisov buna icazə verməyib.
Bununla belə, qapıçı "Olimpik Star"dakı məşqdən sonra "Liv Bona Dea Arena"ya dönmək əvəzinə şəxsi avtomobilinə minərək, evinə yollanıb.
Borisov bu gün Hüseynlinin intizamsızlığa yol verdiyini əsas götürərək, onu heyətdən kənarlaşdırıb. Azərbaycan Futzal Federasiyasının rəhbərliyi də baş məşqçinin qərarına müdaxilə etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat