"Onlar məni komandada görmək istəmirdi” - Kadi
08:30 06.02.2025
İdman
401
"Qarabağ”a ikinci dəfə qayıdan braziliyalı vinger Kadi Borxes Macarıstan mətbuatına qalmaqallı açıqlamalar verib.
Bakupost.az-ın məlumatına görə, o, m4sport.hu saytına müsahibəsində “Ferençvaroş” rəhbərliyinin və məşqçilərinin onu heyətdə görmək istəmədiyini bildirib:
“Klubun mənimlə müqaviləni ləğv etmək istəməsi sürpriz oldu. Növbəti oyuna hazırlaşırdım, amma idman direktoru Tamas Hanyal zəng etdi və “Qarabağ”dan Julio Romao ilə dəyişdirilmək istəyib-isyəmədiyimi soruşdu. Ona cavabım isə belə oldu ki, klub və mənim üçün xeyirli olacaqsa, razıyam. Zəng zamanı düşünürdüm ki, hələ indi danışıqlar başlayır, amma sən demə klublar razılaşıblarmış. Menecerim də təəccüb içində idi. Çünki biz hələ də bunun səbəbini anlamırıq. Uzunmüddətli müqaviləm var idi. Klubdan ayrılmağım üçün heç bir səbəb göstərmədilər. Düşünürəm ki, onlar məni komandada görmək istəmirdilər. Ona görə də belə oldu. Fikrimcə, heç bundan baş məşqçi Robbi Kinin də xəbəri yox idi. “Qarabağ”da Julio Romaonun qarşılığında pul yox, məni istədi”.
O, Azərbaycana qayıtmaqdan məmnun olduğunu da sözlərinə əlavə edib: “Mən çox sevinirəm ki, mənə hörmət edilən, qiymət verilən yerdəyəm. Təkcə mənə də deyil, burada bütün futbolçulara inanırlar. Burada ruhumda bir dinclik, sakitlik var. İndi məşqə köklənməyin vaxtıdır ki, mən mümkün qədər tez meydanya qayıda bilim. Və komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək edim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi