"Palermo" müflis oldu - Fəaliyyətini dayandırdı
12:23 18.10.2019
İdman
645
İtaliyanın “Palermo” (Unione Sportiva Citta di Palermo) klubu fəaliyyətini dayandırıb. “Football Italia” xəbər verir ki, Palermo şəhər məhkəməsi klubun müflis olduğunu rəsmən təsdiqləyib.
1987-ci ildə yaradılan indiki klubun sabiq sahibi Maurisio Dzamparininin oğlu Andrea Dzamparini “Palermo”nun xilası üçün 10 milyon avro təklif edib. Lakin bu məbləğ borcların ödənməsi üçün yetərli olmayıb.
“Palermo” ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920, 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranıb. Tarixinin ən böyük uğurları da məhz bu komandanın payına düşür.
İki dəfə A seriyasında V yeri tutan komanda, 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Uruqvay millisinin hücumçusu, hazırda Fransanın PSJ klubunda çıxış edən Edinson Kavani 2007-2010-cu illərdə burda çıxış edərək məşhurlaşıb. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə pozuntularına görə oradan kənarlaşdırılıb.
Qeyd edək ki, bu ilin yayında yeni – beşinci “Palermo” (Societa Sportiva Dilettantistica Palermo) klubu yaradılıb və bu komanda hazırda D seriyasında çıxış edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə