Paytaxt məktəblisi Avropa çempionu oldu 


Paytaxt məktəblisi Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında qalib gəlib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, idarənin tabeliyindəki 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. 2016-cı və 2018-ci illərdə Türkiyədə keçirilən açıq Avropa Kubokunda və 2019-cu ildə İranda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyədə keçirilən dünya çempionatında isə III yeri tutub.