
Qarabağ" "Dinamo Zaqreb" matçı şahmat tipli oyun olacaq- PROQNOZ
09:42 14.08.2024
İdman
721
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib. “Sherg.az” xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz 2:7 hesabı ilə qalib olub. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib. "Ludoqorets Arena"dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib. Bu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" "Dinamo Zaqreb" görüşünün saatı dəqiqləşib. Komandalar arasında ilk görüş Xorvatiyada avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab matçı isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.
Dünənki matçla bağlı təəssüratlarını "Sherg.az"-la bölüşən idman jurnalisti Ağa Dadaşzadə söyləyib ki, doğrusu, belə bir oyun gözləmirdim:

''Hətta, açıqlamalarımda da matçın bərabər hesabla bitəcəyini proqnozlaşdırmışdım. Çünki "Lidoqorets" çox ağır komanda idi. Ancaq sözün əsil mənasında "Qarabağ" onları sındırdı. Rəqibin 2-1 hesabı ilə öndə olmasına baxmayaraq, Qarabağın təzyiqi, mənəvi yanaşması onları məğlub etdi. Tural Bayramovun vurduğu dördüncü qol ilə "Ludoqorets" "Qarabağ"-a tam təslim oldu. Bununla da böyük nəticə əldə etdik. Növbəti oyun artıq UEFA Çempionlar Liqasının pley-off mərhələsidir. Rəqibimiz isə "Dinamo Zaqreb" komandasıdır. Ancaq işimiz daha da çətinə düşüb. Ona görə ki, bu oyundan sonra, "Dinama Zaqreb" özünü qoruyaraq ağılla çıxış edəcək. Qeyd edim ki, "Dinamo Zaqreb" illərin komandasıdır. Həmçinin, Avropada çox böyük uğurları var. Yəni, "köhlən atlar"-dan hər tərəfli üstündür. Buna baxmayaraq, onlar da "Ağdam klubu"-nun gücünü bilirlər. Buna görə, ehtiyyatlı oyun göstərəcəklər. Təbii ki, bu mərhələni uğurla başa vurmağımızı istəyirik və futbolçularımızın şansları böyükdür. Yalnız onu deyə bilərəm ki, növbəti "Qarabağ" "Dinamo Zaqreb" matçı zövq alacağımız, şahmat tipli bir oyun olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi