"Qarabağ"ın Çempionlar Liqası və Avropa Liqasında potensial rəqibləri məlum oldu - YENİLƏNİB

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"una iki oyunun nəticəsində uduzsa, "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlub komandası ilə üz-üzə gələcək.
İlk oyun 7 avqustda səfərdə, cavab görüşü 14 avqustda evdə keçiriləcək.

*** 
"Qarabağ"ın UEFA Çempionla Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu keçəcəyi təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
İlk oyun 5-6 avqustda səfərdə, cavab görüşü 12 avqustda evdə keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"la "Şelburn" arasında ilk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.