Qurban Qurbanov: "Rəşad Sadıqov bir səhvə görə silinəsi futbolçu deyil"
21:14 24.10.2019
İdman
995
Oyunçularımdan razı qaldım. Mahir Emreli zədədən yeni qayıdıb deyə, tam formasında deyil. Yaxşı qol imkanları yaratdıq. Bizdə qolları təkcə hücumçular yox, müdafiəçi və yarımmüdafiəçilər də vura bilir.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Qarabağ” bu gün UEFA Avropa Liqası çərçivəsində artıq cari mövsüm iki dəfə qarşılaşdığı APOEL ilə üz-üzə gəlib. Komandamız yenə bu rəqibini Bakıda məğlub edə bilməyib - 2:2.
Qurban Qurbanov bu görüş barədə fikirlərini bildirib:
“Nəticədən razıyam. Çünki ötən dəfə bu komandaya qarşı Bakıda yaxşı çıxış etsək də, sonda məğlub olmuşduq. Bu dəfə isə bir xal qazandıq. Hesabda geri düşəndə fasilədə futbolçulara dedim ki, bu oyunun ipini əldən vermək olmaz. Onlar da tapşırığıma əməl etdilər. Rəqib çox kobud oynayırdı. Biz də səfərdə aqressiv oynamalıyıq. İndi bu komanda beş müdafiəçi ilə oynayır. Arxa xətdə boşluq olmasa da, Kiprdə rəqibdə boşluq tapmalıyıq. Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Yaxşı ki ilk qolda top Maksim Medvedevin kürəyinə dəyib girdi, Rəşadın yox. Yoxsa bunu da əldə bayraq tutacaqdılar. Məni də millidə olanda istefaya səsləyirdilər. Hamının fikrinə hörmətlə yanaşıram. Amma Rəşad Sadıqov bir səhvə görə hesabdan silinəsi futbolçu deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm