Rəşad Sadıqov: "İstədiyim komandanı görürəm"
Yusif Nəzərli
18:30 16.12.2021
İdman
540
"Futbolçularımın çıxışından çox razı qaldıq. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. "Ucuz qol"ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. "Qarabağ" öz meydanında inamlı oynayır".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, meydanda istədiyi komandanı görüb: "Faizə bölməyəcəyəm. Xüsusilə, bugünkü oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik".
Geniş heyət istədiyini deyən Sadıqov hücum xəttindəki problemlərə diqqət çəkib: "İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəyəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. 4 ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir".
Baş məşqçi azarkeşlərin "Rəşad milliyə" şüarlarına isə belə reaksiya verib: "Diqqətim oyunda idi, buna fikir vermirdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə