Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı və ikinci pilləyə yüksəldi


Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirində XII tur başa çatıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda hindistanlı Vidit Santoş Qucrati ilə qarşılaşıb.

Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.

Bununla da 12 oyundan sonra xalını 7,5-ə çatdıran “Şah” əlavə əmsallara görə, 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Məmmədyarovun turnirin sonuncu – 13-cü turunda sabah ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.