Taleh Məmmədov: “Ölkə başçısının idmana qayğısı və diqqəti göz önündədir, danılmazdır”
Yusif Nəzərli
10:52 11.04.2022
İdman
612
“Dövlət başçısı bizimlə sağollaşanda mənə dedi ki, “böyük səbir nümayiş etdirdin və qələbənlə ermənini yerinə otuzdurdun”.
Bunu “Report”a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
63 kq çəki dərəcəsində çıxış edən idmançı ölkə başçısı ilə aralarındakı dialoq zamanı Ermənistan təmsilçisi Hraçya Poqosyana qarşı yarımfinal görüşündə üzləşdiyi təxribat haqqında danışdıqlarını bildirib:
“Prezident öz çıxışında da söylədi ki, 44 günlük müharibədə haqlı qələbə qazandıq. Ermənilər isə müharibədə olduğu kimi, idmanda da özlərinə xas hərəkət edir, təxribata əl atırlar. Mənim erməniyə qarşı görüşümü izləyib. Bildirdi ki, “əsl azərbaycanlı kimi davrandınız, necə mədəni xalq olduğumuzu dünyaya göstərdiniz”. Sağollaşıb gedən zaman mənə dedi ki, “həqiqətən böyük səbir nümayiş etdirdin, ermənini qələbənlə yerinə otuzdurdun və düz etdin”. Mən də ona “çox sağ olun, cənab Prezident” dedim”.
Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevlə görüşmək idmançılar üçün böyük stimuldur:
“Komandamız yeni tarix yazdı. Yunan-Roma güləşi üzrə yığma ilk dəfə komanda hesabında Avropa çempionu oldu. Cənab Prezidentin bizi qəbul etməsi çox xoş oldu. Ölkə başçısının idmana qayğısı və diqqəti göz önündədir, danılmazdır. Prezident bizi təbrik etdi, daha məsuliyyətli, ciddi olmağımızı tövsiyə etdi və gələcək yarışlarda uğurlar arzuladı. Uğurlu çıxış etdikcə, dövlət başçısı bizi qəbul edir və öz təbriklərini çatdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial