UEFA prezidenti: "Ukraynadakı futbolçuların təxliyəsi üçün fasiləsiz işləyirik"

UEFA Ukraynadakı futbolçuları təxliyə etmək üçün gecə-gündüz fasiləsiz işləyir.

"Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksandr Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, ölkəni tərk etmək istəyən oyyunçulara şəxsən köməklik göstərir. O, tərəfləri müharibəni dayandırmağa çağırıb.