Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”
10:16 24.04.2023
İdman
678
“Avropa çempionu olmaq, ilk qızıl medalı qazanmaq çox gözəl hissdir”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı danışarkən deyib.
24 yaşlı idmançı karyerasında əldə etdiyi ilk qızıl medalın sevincini yaşadığını söyləyib. Qənizadə çempionluqların sayını artırmaq barədə düşündüyünü vurğulayıb: “Bundan sonra qatılacağım bütün yarışlarda məqsədim qızıl medal qazanmaq olacaq. Bunun üçün də bütün gücümlə çalışacağam”.
O, qitə birinciliyində 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib: “Komanda yoldaşlarım çox yaxşı güləşdilər. Vətənə 6 medalla qayıdacağıq. Bunu uğurlu nəticə hesab edirəm. Əlbəttə, daha yaxşısını etmək olardı. Xüsusən də, Eldəniz Əzizli zədələnməsəydi, finalda qalib gələcəkdi”.
Ülvü Qənizadə əlavə edib ki, növbəti hədəfi dünya çempionluğudur: “Ötən il mundialda gümüş medal qazanmışdım. Ümid edirəm ki, bu dəfə qızıl medal əldə edəcəyəm”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Ülvü Qənizadə (72 kq) və Həsrət Cəfərov (67 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi