“20 Yanvar” dairəsində, Sumqayıt, Xırdalan, Masazır istiqamətindən gələn avtomobillər və taksilər üçün minib-düşmə yeri yaradılıb. Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov məlumat verib. Ekspert bildirib ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən avtomobillərin sürücüləri sərnişinləri rahat mindirib-düşürə biləcəklər:
- Bu yol avtobus zolağı olsa da, taksilərə dayanmağa və sərnişinləri mindirib-düşərməyə icazə verilir artıq. Həmin yer “ADSEA” binasının, keçmiş “Azərsu”nun yerləşdiyi küçədədir. Avtobus zolağı olsa da, Sumqayı istiqamətindən gələn avtomobillər, taksilər buradakı qırıq xəttə daxil olub “Minmə-düşmə” nişanını təsir zonasında sərnişinləri mindirib düşürə bilər. Buna icazə var. Amma uzun müddətli dayanma, parklama qadağandır. Bunu nəzərə alsın sürücülər.