Bakının Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir işləri aparılır.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.