Ötən ay Bakı metrosundan istifadə edənlərin sayı 12%-dən çox azalıb

Bu ilin avqust ayında sərnişinlər metro ilə 13 milyondan çox səfər ediblər.

"APA-Economics" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, ötən ay əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb.

“Koroğlu” stansiyası 1 400 424 sərnişinə xidmət göstərərək ayın lideri olub.

Avqustun 3-ü 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.

NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.

“Əlçatan metro” xidməti çərçivəsində 79 sifariş icra olunub.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar “Nizami–28 May” stansiyaları arasında fəaliyyət göstərməyəcək.