“Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində tikinti işləri növbəti mərhələdə davam etdirilir

“Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində tikinti işləri növbəti mərhələdə davam etdirilir.

Sherg.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Qeyd edilib ki, sözügedən hissə Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.