“Son zamanlar imzalanan bir çox sərəncamlar əhalinin gəlirlərinin artmasına xidmət edir ki, bu da birbaşa onların sosial rifahına öz müsbət təsirini göstərir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, sosial siyasət, əsasən, vətəndaşların rihafının yaxşılaşdırılmasına xidmət edir:
“Prezident İlham Əliyevin apardığı dövlət siyasətinin təməlində sosial istiqamət başlıca yer tutur. İqtisadi sahədə aparılan islahatlar Azərbaycanın iqtisadi gücünün artmasına öz töhfəsini verib. Bu da sosial siyasətin daha da genişləndirilməsinə zəmin yaradıb. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına istiqamətlənən planlar ölkənin ümumdaxili məhsulunda bu sektorun payının artmasına gətirib çıxarıb. Ölkənin iqtisadi gücü artıqca sosial sahədə artan addımlar da çoxalır”.
Parlament üzvü bəyan edib ki, bu gün Azərbaycanda infrastruktur layihələrin icrası tam sürətlə aparılır:
“Yol tikintisi layihələri artıq kəndlərarası zonaları əhatə edir. İnternetlə bağlı problemlər həllini tapmaqdadır.
Ölkə əhalisinin 96 faizi təbii qazla təmin olunub. Elektrik enerjisinin təminatında proqramların aparılması sosial sahəni əhatə edir ki, bu Azərbaycanın inkişafı deməkdir. Btüün bunlar ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi və sosial siyasət nəticəsində həyata keçirilir”.