“Sosial sahənin müdafiəsi üçün görülən işlər vətəndaşlara qayğının təzahürüdür"
Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video-konfrans zamanı bir sıra məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan həmişə olduğu kimi, indi də öz gücünə inanır:
“Son illər həm siyasi, həm də iqtisadi sahələrdə elə vəziyyət yaranıb ki, Azərbaycan heç kimdən asılı deyil. Əlbəttə, bu qürurvericidir”.
Ölkə başçısının fikirləri ilə tamamən razılaşdığını deyən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Sherg.az"a açıqlamasında ölkəmizin gördüyü tədbirləri yüksək qiymətləndirib:
"Azərbaycan öz gücünə inanmaqla yanaşı, həm də doğru, düzgün addımlar atır. Lazımi qərarlar vaxtında verildi. Bununla yanaşı, onu da deməliyəm ki, hökumətimiz üçün insan sağlamlığı hər an iqtisadi gəlirdən üstün olub. Bunu dövlət başçısı özü də qeyd etdi. Sosial sahənin müdafiəsi üçün görülən işlər vətəndaşlara qayğının təzahürüdür".