"Texas light" neftinin qiyməti tarixdə ilk dəfə mənfiyə düşüb


“WTI” markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.

May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.

Belə görünməmiş qiymətlər çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə izah olunur. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur - tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri, demək olar ki, doludur.