Azərbaycanda tütün məhsullarının qiyməti yenidən bahalaşıb. AYNA xəbər verir ki, ölkədə əsas marka siqaretlərin bir qutusunun qiymətində 10 qəpiklik artım olub.
Müşahidələrə əsasən 3 gün idi ki, gündəlik ən çox istifadə edilən “Kent”, “Winston”, “Sobranie” kimi siqaretlər mağazalarda azalmışdı. Satıcılar bildirirdilər ki, 3 gündür firmalar siqaret gətirmirlər. Bu gün səhərdən isə mağazalarda tütün məhsulları alıcılara yeni qiymətlərlə təqdim edilib. Belə ki, əvvəl 3.30 manat olan “Kent” 3.40 manat, 3.10 manat olan “Winston”3.20 manat, 3.50 manat olan “Sobranie” 3.60 manat təşkil edib. Yəni hər markada 10 qəpiklik bahalaşma var. Satıcılar qiymət artımının səbəbini izah edə bilmirlər. Tütün məhsulları istehsal edən şirkətlərdən isə hələlik rəsmi açıqlama yoxdur.