“Azərbaycanın Avropa üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti artmaqdadır”.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TAP boru kəmərinində son birləşdirmə işi tamamlanması və Azərbaycan qazının Avropaya ötürülməsi ilə yeni bir mərhələ başlayır:
“Bu layihə ilə bağlı Azərbaycan-Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. Bu layihə Cənub Qaz Dəhlizi -TANAP və TAP olmaqla üç hissəsədən ibarətdir. Xəzər dənizindən hasil ediləcək mavi yanacaq qaz-kondensat yatağı olan "Şahdəniz 2" yatağından hasil edilən qaz Avropanın enerji təminatına mühüm rol oynayacaq. Gələcək perspektivdə Türkmənistanında bu layihəyə qoşulması nəzərdə tulur. Bunun üçün "TransXəzər" qaz kəmərinin çəkilməsi gündəmdədir. Türkiyənin tam dəstəyi ilə Xəzər dənizinin dibi ilə kəmərin çəkilməsi reallaşa bilər. Göründüyü kimi Azərbaycanın müəllifi olduğu bu meqa layihə regionun siyasi-iqtisadi nizamını dəyişməklə, Türkiyənin də Cənubi Qafqazda rolunun artmasına gətirib çıxarır. Qeyd edim ki, Trans Adriatik ( TAP) qaz kəmərinin Avropaya çatması, Rusiyanın qitədə qaz monopliyasının qarşısını alacaq. Rusiya bir neçə ildir ki, bu layihənin qarşısını almaq üçün planlar rellaşdırır. Amma, Qərbin tam dəstəyi nəticəsində bu provaksiyalar baş tutmadı”.
Siyasi şərhçi vurğulayıb ki, ABŞ-ın Rusiyanın "Şimal-2" və "Cənub Axını" qaz layihələrinə sanksiyalar tətbiq etməsi, Azərbaycan qazının Avropa üçün əhəmiyyətini daha da cəlbedici edib:
“Bununla yanaşı, Avropanın regiona xüsusilə, Azərbaycanla əməşdaşlığında yeni bir səhifə açılacaq. Ermənistanın Tovuz istiqamətində təxribatı məhz TAP boru kəmərinin Avropa ilə birləşməsinin son tamamlanma işləri vaxtda baş verdi. Tovuzda Ermənistanın bu təcavüzü Avropanın enerji təminatını hədəf almışdı. Hazırda Ermənistanın yenidən təxribatlara gedəcəyi istisna deyil. Çünki, Rusiya bu layihənin işə düşməsindən narahatdır və bu qaz kəmərini Avropada özünün enerji siyasətinə təhdid kimi görür. Ona görə də Türkiyənin böyük miqyasda Azərbaycana hərbi dəstəyi və 10 gündən artıq ölkənin müxtəlif yerlərində hərbi təlimlər keçirməsi bu təxribatlara cavabdır. Qərbin də təlimlərə susqunluğu bununla bağlıdır. Rəsmi Bakı artıq Avropanın onun üçün əsas iqtisadi və siyasi təərfdaş olduğunun fərqindədir. Rusiya ilə dostluq əlaqələrini inkişaf etdirməklə, Qərblə əməkdaşlıq dərinləşdirilməlidir”.