Devalvasiya ehtimalı var ! - “Azərbaycanın valyuta ehtiyatları azalır” 

Bəzi ekspertlər yaxın aylarda, ən uzağı, yeni ildə manatın növbəti dəfə ucuzlaşmacağını proqnozlaşdırırlar. İddialara görə, manat üzən məzənnəyə keçə bilər. Belə olan halda isə manat dollar qarşısında öz real qiymətinə gəlib çatacaq.

Yəni dolların bahalaşması fonunda manat yenidən dəyər itirəcək. 




Vəziyyəti şərh edən iqtisadçı-ekspert, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a indidən dəqiq bir söz deməyin çətin olduğunu deyib:

“Dolların məzənnəsinin neftin qiymətindən asılı olduğu hər kəsə məlumdur. Hazırda neftin qiyməti düşür. Azərbaycanın valyuta ehtiyatları azalır. Dövlət valyutanın məzənnəsini valyuta ehtiyatlarının hesabına sonsuzadək sabit saxlaya bilməz.

Amma neftin qiymətinin qalxması da istisna deyil. Hətta, çox güman, neftin qiyməti gələn il indikindən baha olacaq.

Nə qədər baha olacağını demək isə mümkün deyil. Hər halda devalvasiya ehtimalı var. Fəqət indidən bir söz demək olmaz. Çünki neftin qiyməti hər an dəyişə bilər və buna təsir edən onlarca məqam var”.