“Azərbaycanda turizm istirahət növünə səma düşərgəsi (sky camping) turizmini də əlavə etmək olar”.
Bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspertin sözlərinə görə, bu, təhlükəli görünsə də, bir təpə ilə digər dağ təpəsinin arasında bunu yerləşdirmək olar: “Amma adrenalin istəyən şəxslər üçün və özünü səmada görmək istəyənlərə əlavə bir fürsətdir. Bir çox şəxslər bunu təhlükəli turizm növü sayır. Səbəb odur ki, kəndir qırıla bilər. Amma təhlükəsizlik yüksək səviyyədə olsa və sığorta baxımdan təminat olsa, bu istirahət növünü ölkədə təşkil etmək olar. Təbiətimiz də buna imkan verir. Ölkənin cənub tərəfində Talış dağları, Şimalda və Qərb tərəfdə Qafqaz sıra dağları var. Bu isə imkan verir ki, bu istirahət növü Azərbaycanda təşkil olunsun”.