Azərbaycan və Almaniya KOB-larının mümkün sinerji imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının Federal İdarəedici Direktoru Urs Unkauf ilə görüş keçirərək onunla iki ölkənin KOB-larının mümkün sinerji imkanlarını müzakirə ediib.
"Report" xəbər verir ki, bu barədə Agentliyin sədri Orxan Məmmədov "Twitter"də yazıb.
Görüş Bakıda keçirilib.